Azərbaycanlı FİFA referilərinin beynəlxalq oyunlara təyinatları açıqlanıb.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 4 baş hakim ümumilikdə 5 matç idarə edəcəklər.
Bunlar Rəhim Həsənov, Əliyar Ağayev, Ömər Paşayev və Yuliya Qurbanovadır.
UEFA Gənclər Liqası
26 sentyabr. "Beşiktaş” (Türkiyə) – "Leyptsiq” (Almaniya)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Akif Əmirəli
U-19 AÇ-nin ilkin seçmə mərhələsi
12-ci qrup: Ukrayna, Monteneqro, Norveç, Albaniya
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov
Oyunlar 3 oktyabr – 11 oktyabrda Albaniyada keçiriləcək
U-17 AÇ-nin ilkin seçmə mərhələsi
12-ci qrup: Polşa, İsveç, Kipr, San Marino
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov
Oyunlar 16 oktyabr – 24 oktyabrda Kiprdə keçiriləcək
U-17 AÇ-nin ilkin seçmə mərhələsi
1-ci qrup: Belçika, İsveçrə, Şimali İrlandiya, Malta
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov
Oyunlar 25 oktyabr – 2 noyabrda Maltada keçiriləcək
U-17 (qızlar) AÇ-nin ilkin seçmə mərhələsi
8-ci qrup: Norveç, Macarıstan, Bolqarıstan, Moldova
Hakimlər: Yuliya Qurbanova, Gülyana Güvəndiyeva
Oyunlar 22-28 sentyabr tarixlərində Macarıstanda keçiriləcək