İtaliyanın "İnter" klubu xorvatiyalı futbolçusu İvan Perişiçlə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2022-ci ilin iyul ayının 1-nə qədər müqavilə imzalanıb. Xorvatiyalı oyunçu ildə 4,7 milyon avro qazanacaq.
Qeyd edək ki, İvan Perişiç 2015-ci ildən "İnter"də çıxış edir. O, 79 oyunda 21 qola imza atıb.








































































