La Liqanın 3-cü turu çərçivəsində "Levante"ni qəbul edən "Real" ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Madrid təmsilçisinin fransalı ulduzu Kərim Benzema zədələnib. Komandanın 29 yaşlı hücumçusu oyunu davam etdirə bilməyib və görüşün 27-ci dəqiqəsində məcburən Qaret Beyllə əvəzlənib. Benzemanın vəziyyətinin necə olduğu isə tibbi müayinələrdən sonra məlum olacaq.
Qeyd edək ki, bu görüşdə hesab 1:1 olub.








































































