Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində baş tutan "Neftçi" - "Zirə" (1:2) oyunundan sonra "Zirə"nin futbolçusu Qabriel Matey brifinqdə iştirak edib. Sportnet.az-ın məlumatına görə, jurnalistlərin suallarını cavablandıran futbolçu ilk olaraq oyun barədə danışıb.
- Əvvəlcə bütün komandanı qələbə münasibəti ilə təbrik edirəm. Açığı, komandamız yaxşı mərhələdi və yaxşı günlərini yaşayır. Biz "Neftçi" ilə oyuna qələbə üçün gəlmişdik. Rəqibimiz hazırda yaxşı günlərini yaşamır və biz bu imkandan faydalanmalı idik.
- Oyunun sonuna yaxın "Neftçi" azlıqda qalmışdı və düşünmək olardı ki, "Zirə" rəqibini daha çox sıxmağa çalışacaq. Amma siz vaxtı "öldürmək" üçün çalışdınız...
- Biz səfərdə oynayırdıq. Düşünürəm ki, çox ağıllı futbol oyandıq. Hesabda irəlidə idik və bundan faydalanmalı idik. Fikrimcə, müdafiədə oturmaq ən ağıllı qərar idi. Bəzən futbol bunu tələb edir.
- Azərbaycanda oyunların çox süni örtüklü meydanlarda keçirilir. Uyğunlaşmaq çətin deyil?
- Təbbi ki, bunun da öz ziyanı var. Mənim üçün müəyyən qədər çətindir. Çünki karyeram ərzində ancaq təbbi ot örtüklü meydanlarda oynamışam. Amma biz peşəkar futbolçular və bu duruma uyğunlaşmalıyıq. Ümid edirəm ki, gələcəkdə belə problemlər olmayacaq.
- Necə düşünürsən, komandanız liderliyini növbəti oyunlarda da qoruya biləcəkmi?
- Əlbəttə, məqsədimiz budu. Çünki komandamız ailə kimidi, gücümüz birlikdədir. Belə davam etsək, liderliyimizi də qoruya biləcəyik.
- Azərbaycan çempionatında oynamaq çətin deyil?
- Bəli, əvvəllər Azərbaycan futbolu haqqında məlumatım yox idi. Amma bura gələndən sonra ilk təəssüratlarım müsbət oldu. Hazırda komanda yoldaşlarım, hər kəs çox mehribandı. Yenə qeyd edirəm, biz ailə kimiyik. "Qarabağ" hazırda Çempionlar Liqasında mübarizə aparır, "Qəbələ" onlardan geri qalmır, yaxşı futbol sərgiləyir. Biz də arıtq inkişaf mərhələsindəyik və belə davam etsək, təbbii ki, hər şey yaxşıya doğru gedəcək.
- Çempion olmağı hədəfləyirsiniz, yoxsa əsas məqsəd Avrokuboklara vəsiqə qazanmaqdır?
- Bilirsiniz ki, futbolda hər şey mümkündür. Biz indidən çempionatın yekunları ilə bağlı bir şey deyə bilmərik. Sadəcə, hər bir oyunu özümüz üçün bölmüşük və hər bir oyuna xüsusi motivasiya ilə çıxırıq. Çempionatın sonunda bütün qaliblərin adı müəyyənləşəcək.
- Növbəti oyununuz "İnter"ə qarşı keçirəcəksiniz və həmin klubun heyətində həmyerlin Adrian Skarlatake oynayır. Həmin matç haqda nə deyə bilərsən?
- Adrianı çox yaxşı tanıyıram. Boş vaxtımız olanda şəhərdə görüşürük və kofe içirik. Hətta onu Rumıniyada oynayanda da tanıyırdım. "İnter"ə gəlincə, rəqib çox yaxşı komandadı, bizim üçün çətin olacaq. Həmin oyuna da xüsusi motivasiya ilə çıxacağıq.