1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Samir Abasov: "Təzyiqi üzərimizdən atdıq"
"Həm top rəqibdə olanda müdafiədə, həm də hücumlar zamanı səliqəli oynamağa çalışdıq. Futbolçularımız yaxşı oyun göstərdilər. Xüsusən birinci hissədə. Komandamdan razıyam, uşaqlara təşəkkür edirəm. İlk turlarda futbolçuların öz üzərində təzyiq var idi. Bu təzyiq kənardan yox, elə özlərindən idi. Udmalı olduğumuz oyunları yaxşı çıxış etdiyimiz halda heç-heçə etməyimiz və uduzmağımız təsir etmişdi. Sevinirəm ki, bu gün qalib gəldik. Ən azı 14 günlük fasilə müddətində bu təzyiqi öz üzərimizdən atdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra CBC Sporta açıqlamasında deyib.
Gənc mütəxəssis oyuna həddən artıq ciddi hazırlaşdıqlarını bildirib: "Çempionata başqa sistemlə başlamışdıq. Lakin Cavid İmamverdiyevin zədələnməsi oyun sistemimizə təsirini göstərdi. Fasilə müddətində onun sıraya dönəcəyinə ümidvaram. Futbolçularımız tapşırığın öhdəsindən lazımınca gəldilər. Yekunda qalib gəldik".