1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Ayxan Abbasovun "tələsmə" deməsi
Vüqar MƏMMƏDOV
"Qarabağ” - "Zirə” matçını Azərbaycan Premyer Liqasında ilk dövrənin son turunun turun mərkəzi görüşü adlandırmaq olardı. Çünki komandaların biri lider, digəri onun təqibçisi idi. Amma Qurban Qurbanov mərkəzi görüşdə eksperimentə əl atdı və ikinci heyəti meydana buraxdı. Daha dəqiqi, ikinci heyət, üstəgəl komandanın yeni transferləri.
Bu, "Qarabağ”ın baş məşqçisinin özündən razılığı yox, onun komandasının rəqiblərindən nə qədər yüksəkdə dayanmasının göstəricisidir.
Sistemə gəlincə, Ağdam komandası ənənəvi 4-2-3-1 taktiki düzülüşü ilə oynayırdı. Sadəcə, ifaçılar fərqli idi. Müdafiədə Abbas Hüseynov – Elvin Yunuszadə – Yakub Jezniçak – Donald Gerye, onların önündə Coşqun Diniyevlə Rahid Əmirquliyev, daha irəli xətdə Elşən Abdullayev – Tarik Elyunussi – Pedro Enrike üçlüyü, hücumda isə Ramil Şeydayev oynayırdı.
Oyunun gedişində açıq-aydın görünürdü ki, "Qarabağ”ın futbolçuları bir-birini başa düşmür. Pedro, Ramil və Elyunussidə bu, daha qabarıq nəzərə çarpirdı. Tamamilə təbii haldır. Çünki onlar komandaya yeni qoşulublar, hərəsi də bir yandan gəlib.
Görünən odur ki, Qurban Qurbanov çempionatda qələbədən çox yeni qoşulanların komandaya, komandanın sisteminə tezliklə uyğunlaşmasını düşünür. Bu da gələcəyə hesablanmış strateji addımdır. Yəni, bu gün nəticə olmaya bilər, amma gələcəkdə futbolçular sistemə oturuşduqdan sonra qələbələrin ardı-arası kəsilməyəcək. Yeni futbolçuların səviyyəsini nəzərə alsaq, bu ehtimal yüksəkdir. Həm də Çempionlar Liqasında layiqli çıxış etmək üçün bu cür addımı zəruri saymaq olar.
***
"Zirə"nin oyuna heç-heçə üçün çıxdığı görünürdü. Birinci hissənin sonlarına yaxın baş məşqçi Ayxan Abbasovun cərimə zərbəsi vurmaq hüququ qazanan oyunçusuna "Tələsmə" deməsi onların oyuna hansı məqsədlə çıxdıqlarını göstərirdi. Yəni, 1 xal uğur sayılacaqdı. Halbuki, qalib gəlsəydilər, birinci yerə çıxa bilərdilər. Bu, bir daha onu göstərir ki, "Qarabağ”ın səviyyəsi artıq bu çempionata sığmır.
Oyunun sonunda Ağdam komandasının real qol şansı oldu. Bu epizodda Anar Nəzirov Viktor İqbekoyiyə hirsləndi. Ayxan Abbasovun az sonra İqbekoyini əvəzləməsini, bəlkə də Qəbələdəki Stiven Jozef Monroz – Ruslan Qurbanov davasına bənzər hadisənin baş vermə ehtimalının qarşısını almaq məqsədi ilə etdiyini düşünmək olar.