
O, zədə səbəbi ilə Azərbaycan Premyer Liqasınıın VII turunda "Zirə” ilə ev qarşılaşmasında iştirak etməyib. Əcnəbi oyunçunu durumuna müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, D.Kintana bu il fevralın 3-də AZAL ilə görüşdə ağır zədə alaraq, əməliyyat olunub. O, uzun bərpa prosesindən sonra avqustun 11-də "Neftçi" ilə Premyer Liqanın ilk turunda meydana çıxsa da, yenə zədələnib və V turda "Kəpəz”lə ev matçında geri dönüb. İspaniyalı VI turda "Sumqayıt”la görüşdə 63-cü dəqiqədə meydana daxil olubsa, Çempionlar Liqasının qrup mərhələsində "Roma” ilə qarşılaşmanın 88-ci dəqiqəsində Miçel Madeyaranı əvəzləyib.