
Topaz Premyer Liqasında VIII turunun "Neftçi” – "Səbail” matçının yeri dəyişdirilib. Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası "Neftçi" klubunun müraciəti əsasında qərar qəbul edib.
Flaqman müraciətində ev oyunlarını keçirdiyi "Bakcell Arena” stadionunun qazonunda yenilənmə işləri aparıldığını bildirib. Bunu və "Səbail” klubunun razılıq məktubunu nəzərə alan PFL qərara alıb ki, 15 oktyabrda nəzərdə tutulan qarşılaşma "Dalğa Arena”da oynanılsın. VIII turda meydan sahibi "Səbail”, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi "Neftçi” klubu təsdiqlənsin.