1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəhman Hacıyevə ilk cəza
"Neftçi"nin futbolçusu Rəhman Hacıyev karyerasında ilk qırmızı vərəqəni yoxlama matçında alıb. Sportnet.az-ın məlumatına görə, bu, "Qəbələ" ilə oyuna təsadüf edib.
Flaqmanın Bakıxanov qəsəbəsindəki təlim-məşq bazasında keçirilmiş görüşün 45-ci dəqiqəsində 24 yaşlı yarımmüdafiəçi rəqib müdafiəçi Endi Hallideyi vurduğu üçün cəzalanıb. Baş hakim Rəvan Həmzəzadə ona birbaşa qırmızı vərəqə göstərib. Bu qərardan futbolçu və "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov narazı qalsa da, heç bir faydası olmayıb.
Oyundan sonra Sportnet.az-a açıqlama verən Hacıyev Hallideyə zərbəni ona zədə yetirmək məqsədilə vurmadığını söyləyib: "Endi topla olduğum vaxt məni oynamağa qoymur, bir növ təxribata çəkirdi. Mən də ona dirsəklə yüngülcə vurdum ki, sakit oynasın. Referi isə bunu qırmızı vərəqə kimi dəyərləndirdi. İndiyədək heç vaxt qırmızı vərəqə almamışam. Kobud oyuna üstünlük verən oyunçulardan deyiləm. Ona görə də baş hakimin qərarı ağır oldu".
Qeyd edək ki, oyun "Qəbələ"nin qələbəsi ilə yekunlaşıb - 2:1.