
İngiltərənin "Nyukasl" klubu satışa çıxarılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun sahibi Mayk Eşli qərar qəbul edib.
O, mövcud sərmayələri təmin edə bilən və hədəflərə çatmaqda lazımi məqsədyönlü iş aparan yeni sahibkar axtarır. İngiltərəli milyarder "Nyukasl"ı 2007-ci ildə 134 milyon funt sterlinqə alıb. Onun dövründə klub 2 dəfə Çempionşipə enib.
"Daily Mail" yazır ki, Eşli klubu 380 milyon funt sterlinqə satır. Bu mövsüm "Nyukasl" Premyer Liqada 8 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.