"Kəpəz”in futbolçusu Tural Rzayev "Neftçi”yə evdə məğlub olduqları Azərbaycan Premyer Liqasının IX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az məlumatına görə, futbolçu ilk öncə oyun haqqında fikirlərini bölüşüb.
"Rəqibi təbrik edirəm. Biz yaranmış fürsətlərdən istifadə edə bilsəydik, oyun başqa cür olacaqdı. "Neftçi” əlinə düşən fürsətdən istifadə etdi. "İnter”lə oyuna yaxşı hazırlaşıb qara zolaqdan çıxmağa çalışacağıq. Vəziyyətimiz elədə yaxşı deyil. Neçə oyundu məğlub oluruq. Azarkeşlər də bizdən narazıdı".
- Hər oyundan sonra futbolçulardan belə açıqlamalar alırıq, amma bu sözlər meydanda görünmür.
Bundan əvvəlki oyunda yaxşı oynamamışdıq. "Zirə” ilə oyunda ilk hissəni yaxşı oynamışdıq. İkinci hissə qol buraxandan sonra hücuma atıldıq, "Zirə” isə bizi əks hücumlarda yaxaladı. Bu oyun komanda yaxşı oynadı. Açıq futbol gedirdi. Həm "Neftçi”nin həm də "Kəpəz”in imkanları oldu. Elə bir oyun idi ki, hansı tərəf qol vursa o da qələbə qazanacaqdı. Bu gün şansımız gətirmədi. İmkanlardan istifadə edə bilmədik. İlk qolu biz vursaydıq qələbə qazanardıq. Hətta ikinci qolu da vura bilərdik.
Komanda da ön xətdə bitiricilik çatmır. Son nöqtəni qoyan futbolçu yoxdu...
Həqiqətən hücum xəttində çatışmazlıqlar var. Mənim özüm də hücuma meyilli futbolçuyam. Mən daxil olmaqla hamıda çatışmazlıqlar var. Öz üzərimizdə işləməliyik. Düşən fürsətlərdən istifadə etmək lazımdı.
- Bir epizodda penalti istəyinizi baş hakim müsbət dəyərləndirmədi. Bu haqda nə deyə bilərsən?
- Epizodun təkrarına baxmaq lazımdır. Oyunun içində mənə də elə gəldi ki, penaltidir.
- Sən gəncəlisən. Komandanın bu cür çıxışı ən çox sənə təsir edir. Futbolçulara başa salırsan ki, Gəncə futbolu nə deməkdir?
- Mənim əslində deməyə ehtiyacım yoxdur. Hamı başa düşür ki, "Kəpəz” azarkeşləri necə tələbkardır. Mənə ikiqat ağırdır. Utanıram. Yerli komandayıq. Mən də buranı təmsil edirəm. Daha yaxşı oynamalı, hamıdan çox mübarizə aparmalıyam. Bunu da edirəm.
- Gəncəli azarkeşlər əsasən futbolçuların çıxışından narazıdırlar. Azarkeşlər futbolçuların meydanda gəzişdiyini söyləyirlər. Sən bu fikirlə razısanmı?
- Çatışmazlıqlarımız var. Bu, məlum məsələdir. Hər şey yaxşı olsaydı, sonuncu yerdə getməzdik. Çatışmazlıqların səbəbkarı futbolçulardır. Meydanda oynayan bizik. Ən böyük günah biz futbolçulardadır. Komanda fiziki baxımdan yaxşıdır. Bizim komandada ustalıq çatmır. İmkanlardan istifadə edə bilmirik.
- Paltardəyişmə otağında komanda yoldaşınla mübahisən oldu. Bu barədə fikirlərini öyrənmək istəyərdik.
- Hamımız gərginik. Böyüdüləcək bir şey yoxdur. Stadionun təmirindən sonra ilk oyuna çıxırdıq. Qələbə qazanmaq istəyirdik. Xırda bir şeydir. Mən səhv etmişəmsə, üzr istəyirəm.
-