14 yaşadək futbolçular arasında keçirilən Azərbaycan çempionatının "İnter” – "Mançester Yunayted” matçından sonra kütləvi dava baş verib.
Sportnet.az-ın məlumatına görə, yerli komandanın futbolçularının rəqib avtobusuna doğru hücum ediblər. İnsident zamanı "Mançester Yunayted”in futbolçusu Raul Məmmədova "İnter”in oyunçusu Tural Əmirhüseynovun valideyni Müşviq Əmirhüseynov zərbə endirib.
İntizam Komitəsi tərəfləri və oyun iştirakçılarını dinlədikdən sonra qərara alıb ki, Tural Əmirhüseynovun valideyini Müşviq Əmirhüseynovun futbol görüşlərinin keçirildiyi stadionlara girişinə qadağa qoyulsun və hər iki klub təlim-tərbiyə işlərini daha yüksək səviyyədə aparsın.