
İngiltərənin "Arsenal" klubunun 18 yaşlı hücumçusu Edvard Nkettea İngiltərə liqa kubokunun 1/8 finalı matçında "Norviç Siti"nin qapısından iki top keçirib.
Sportnet.az-ın məlumatına görə, 30 May 1999-cu ildə dünyaya gələn Nkettea Arsen Vengerin London klubuna baş məşqçi təyinatından sonra doğulan və "Arsenal"ın əsas komandasında qol vuran yeganə futbolçu olub.
Venger 22 Sentyabr 1996-cı ildən "Arsenal'a rəhbərlik edir. "Norviç"lə qarşılaşmada Nkettea 85-ci dəqiqədə meydana daxil olub və "Arsenal"ın bərabərlik qolunu vurub. Əlavə vaxtda isə o, komandasının qələbə topuna imza atıb - 2:1.