
FİFA referisi Əliyar Ağayev U-12 liqasında oyun idarə edib.
Sportnet.az xəbər verir ki, gənc referi paytaxt regionu üzrə V tur çərçivəsində keçirilən "Neftçi” – "Keşlə” görüşündə iş başında olub. Matç 3:3 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Ə.Ağayev noyabrın 10-da 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda Avstriya - Serbiya oyununun baş hakimi olacaq.