Topaz Premyer Liqada yaranan fasilədən istifadə edən "Qəbələ” və "Zirə” klubları yoxlama oyununda qarşılaşıblar.
Sportnet.az-ın məlumatına görə, matç "Bakı"nın bazasında baş tutub və "Zirə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Zirə” çempionatda 24 xalla 2-ci, "Qəbələ” isə 22 xalla 3-cü pillədə qərarlaşıb.









































































