
Argentina millisinin sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub.
Sportnet.az-ın məlumatına görə, əfsanəvi hücumçu bu barədə "facebook” profilində yazıb.
Sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən 57 yaşlı veteran bildirib ki, əməliyyat 1,5 saat çəkib və uğurlu olub: "Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm”.
Qeyd edək ki, Dieqo Maradona hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Fucayra” komandasının baş məşqçisidir.