1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Mançester Yunayted”in sabiq futbolçusunda xərçəng aşkarlandı
İngiltərənin "Mançester Yunayted” komandasının sabiq futbolçusu Liam Millerdə ağır xəstəlik aşkarlanıb.
Sportnet.az xəbər verir ki, 36 yaşlı irlandiyalı yarımmüdafiəçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi məlum olub.
Artıq bir sıra klubr və futbolçular sosial şəbəkə vasitəsilə Millerə dəstəklərini nümayiş etdiriblər. "Mançester Yunayted”in rəsmi "Twitter” hesabında da üzücü xəbərlə bağlı paylaşım edilib. İngiltərə təmsilçisi bəyan edib ki, klub olaraq hazırda ABŞ-da müalicə alan futbolçunun və onun ailəsinin yanındadırlar.
Qeyd edək ki, Şotlandiyanın "Seltik” komandasının yetirməsi olan Liam Miller karyerası ərzində "Mançester Yunayted”lə yanaşı, İngiltərənin "Lids”, "Sanderlend”, KPR, Avstraliyanın "Pert Qlori", "Brisben Roar", "Melburn Siti", eləcə də İrlandiyanın "Kork Siti”, Danimarkanın "Orxus” və ABŞ-ın "Uilminqton” komandalarının formasını geyinib.