
Topaz Premyer Liqasının XII turunda "Sumqayıt"ı qəbul edən "Qarabağ"azlıqda qalıb.
Sportnet.az xəbər verir ki, görüşün 31-ci dəqiqəsind qapıçı İbrahim Şehiç qırmızı vərəqə alıb.
Bosniyalı qolkiper oyun epizodundan rəqib futbolçu Xəyal Nəcəfov toqquşandan sonra onların arasında mübahisə yaranıb. Ardınca Şehiş hadisə yerinə gələn Amil Yunanovu vurub və nəticədə meydandan qovulub.
Baş hakim İnqilab Məmmədovun müdaxiləsindən sonra ara sakitləşib. Referi Nəcəfovla Yunanova sarı vərəqə göstərib.