
"Özünüz hər şeyi gördünüz, iki dəfə hesabda irəlidə idik. Qarşılaşmanın 55-ci dəqiqəsinədək öndə olsaq da, uduzduq".
Çilili yarımmüdafiəçi bildirib ki, "Neftçi" komanda olaraq məğlubiyyətə görə çox üzgündür. Herrera əldə etdikləri üstünlüyü qoruya bilməmələrini belə əsaslandırıb: "Qapımıza vurulan ilk qolda künc zərbəsi yox idi. İkinci qolda isə referi penaltini verməyə də bilərdi. Özünüz də "Qəbələ"nin bizə iki qolu necə vurduğunu gördünüz".