Topaz Premyer Liqasının XIV turunda evdə "Neftçi"ni 1:0 hesabı ilə yendikləri oyundan sonra "Qarabağ”ın kapitanı Rəşad Sadıqov brifinq keçirib. Təcrübəli müdafiəçi Sportnet.az-ın da suallarını cavablandıırb...
- Azərbaycan derbisində qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsən?
- Maraqlı və gərgin oyun oldu. 3 xalla meydanı tərk etmək istəyirdik. Buna nail olduğumuz üçün sevinirəm. Sadəcə, komandada bir az yorğunluq var. İkinci hissədə yorğunluq hiss olundu. Buna baxmayaraq, qol epizodları yaratdıq. Yaxşı kombinasiyalar qurduq. İkinci hissədə "Neftçi” topa nəzarət edirdi. Buna baxmayaraq, qol imkanları vermədik. Sevinirik ki, vacib 3 xalı qazandıq.
- "Neftçi”ninn yüksəlişdə olduğu deyilir. Ancaq "Qarabağ”a qarşı heç nə edə bilmədi. Bununla bağlı nə deyə bilərsən?
- Bizim fikrimiz öz oyunumuzda idi. Hər şey normal idi. Gərgin mübarizə keçdi. Biz də bu gün çox istəkli idik. Qələbə qazanmaq üçün çox çalışdıq.
- Qarşıda "Roma” ilə matç var. Bu oyun haqda fikirlərin maraqlı olardı...
- Qrupun son oyunudur. Qrupdan çıxmaq ehtimalımız yoxdur. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
- Gündəmi zəbt edən məsələ ilə bağlı nə deyə bilərsən?
- Biz də internet vasitəsi ilə izləyirik. Nəsə demək çox çətindir. Bu məsələlərin içində deyilik. Hərə bir cür açıqlama verir. İndi açıqlama versəm, nəsə fikir bildirsəm, öz adıma düzgün olmaz.