Topaz Premyer Liqasının XIV turunda "Qəbələ” öz meydanında "Keşlə”ni 3:0 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat kofransında "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb:
- Qalib gəldik və yaxşı oynadıq. Əhvalımız yüksəkdi, oyundan razıyıq. Amma bilirik ki, hələ qabaqda çox oyun var.
- Qış fasiləsinə az qalıb. Komandadan göndərəcəyinz futbolçular olacaqmı?
- Hazırda bunu deyə bilmərəm. Çünki hələ özüm də bilmirəm. Ola bilsin ki, hansısa qərarlar qəbul edilsin, lakin hazırda heç bir şey deyə bilməyəcəm.
- Komandada hansı dəyişikliklər oldu ki, hücumda məhsuldarlığınız artdı?
- Vaxt gedir və biz də çalışırıq. Əlbəttə ki, yaxşılaşma bizdə də oldu. Başa düşürük ki, nəticə üçün inkişaf etmək lazımdı. Razıyıq. Yenə də deyə bilmərəm ki, potensialımızın 100% istifadə edirik. Əlimizdə olanalrı daha yaxşı etmək üçün vaxtımız var.