Topaz Premyer Liqasının XIV turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə məğlub olan "Keşlə"nin futbolçuları mətbuatdan qaçıb.
Sportnet.az-ın Qəbələdə olan əməkdaşının verdiyi məlumata görə, paytaxt klubunun futbolçularını mühafizəçi tək-tək paltardəyişmə otağından avtobusa qədər aparıb. O, futbolçuların açıqlama verməsinə mane olub. Mühafizəçi futbolçulara qadağa qoyulduğunu söyləyib. Jurnalistlərin "Keşlə"nin baş məşqçisi Ramiz Məmmədova müraciətindən sonra komandanın üzvü Denis Silva Kruz media nümayəndələrinə müsahibə verib.
Qeyd edək ki, qadağanın klub prezidenti Zaur Axundov tərəfindən qoyulduğu bildirilir.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |