
Azərbaycan I Divizionunda XIII turun "Ağsu" - "Turan Tovuz" matçında təşkilati cəhətdən ciddi nöqsana yol verilib. Sportnet.az-ın məlumatına görə, oyun zamanı Ağsu şəhər stadionunda 2 qapı yox, 6 qapı qoyulub.
Bunlardan ikisi oyun üçün istifadə olunsa da, qalanları məşq və ya uşaq komandalarının oyunlarında istifadə olunan qapılardır. Stadiona cavabdeh şəxslər artıq qapıları meydandan uzaqlaşdırmaq əvəzinə meydanın hüdudları yaxınlığında qoyublar. Daha dəqiqi, onlardan ikisi əsas qapı ilə yanaşı xəttin, digərləri isə texniki zona yaxınlığında yerləşdirilib. Bu isə dərhal diqqətdən yayınmayıb və oyunu izləyənlər üçün topun hansı qapıya vurulacağı sualı doğurub.
Qeyd edək ki, görüş "Ağsu"nun qələbəsi ilə yekunlaşıb - 3:2.