1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramiz Məmmədov: "Nostradamus deyilik"
"Uşaqlar bacarıqlarını etdilər. Kasad heyətlə oynayırıq. Uşaqlar bu gün yaxşı nəticə qazanmalı olduğumuzu dərk edirdilər. Birinci hissədə vacib olan qolları vurduq. "Kəpəz” top saxlamağı sevən komandadı. Bu mənada, futbolçuları xəbərdar etmişdik. İkinci hissədə rəqibin itiriləsi bir şeyi qalmamışdı. Fasilədən sonra "Kəpəz” bizi müdafiəyə çəkilməyə məcbur etdi. Uşaqlar da ağıllı oynayıb, qapımızın toxunulmazlığını saxladılar”.
Sportnet.az xəbər verir ki, bunu "Keşlə”nin baş məşqçisi Ramiz Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsində "Kəpəz”i evdə 2:0 hesabı ilə yendikləri ilk oyundan sonra mətbuat konfransında deyib. 49 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Düşünmürsünüz ki, bu dəyişikliklər ilk gəldiyiniz vaxtlarda edilməli idi?
- Biz Nostradamus deyilik. Həyatın nəbzini tutub, gedirik. Birdən-birə həmin dəyişiklikləri etmək çətindir. Uşaqlar göstərirlər ki, əsas heyətə düşməyə layiqdirlər. Əvəzedici heyətdən gələnlər hazır olduqlarını bizə göstərirlər. Kim oynayırsa, meydan onundur.
- Demək olarmı ki, komandadan artıq futbolçular təmizləndi?
- Geriyə qayıtmaq istəmirəm. Mən optimist insanam. İrəliyə baxmaq lazımdır. Komanda öz oyununu yavaş-yavaş tutmaq üzrədir. Futbolçulara özünəinam hissi qayıdıb. Biz məşqçi olaraq, boşluqları görür və onları aradan qaldırmağa çalışıram. Bu gün birgə işlədiyim bütün futbolçulara təşəkkür edirəm. Hətta vaxtilə bu komandada oynamış və çalışmış futbolçulara, məşqçilərə də minnətdaram (apasport.az).