
Azərbaycan Kubokundun 1/4 final mərhələsinin "Qarabağ" - "Sumqayıt" matçında bir qrup yeniyetmə diqqət mərkəzinə düşüb.
Sportnet.az-ın "Azərsun Arena"da olan əməkdaşının məlumatına görə, onlar havanın soyuq olmasına baxmayaraq, paltarlarını çıxarıblar. Fan-klub rəhbəri azarkeşlərə paltarsız halda "dirijorluq" edib.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" matçında ikinci hissə oynanılır və qonaqlar 1:0 hesabı ilə öndədir.