
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, bu gün iki qarşılaşma baş tutub.
Yarımfinalın ilk iştirakçısı Gəncədə bilinib. "Kəpəz" doğma meydanda birinci matçda 0:2 hesabı ilə məğlub olduğu "Keşlə"ni sınağa çəkib. Səfərdə də 3:2 hesabı ilə qalib gələn paytaxt klubu yarımfinala adlayıb.
Günün digər matçında isə "Neftçi" "Zirə" ilə qarşılaşıb. İlk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan "ağ-qaralar" cavab matçında 2 cavabsız qolla qələbə qazanıb.
"Keşlə" yarımfinalda "Qarabağ" - "Sumqayıt", "Neftçi" isə "Qəbələ" - "Səbail" cütünün qalibi ilə qarşılaşacaq.
14 dekabr (cümə axşamı)
13:00."Kəpəz” – "Keşlə” - 2:3
Qollar: Şəhriyar Rəhimov, 48. Kamran Abdullazadə, 79 - Mirsahib Abbasov, 33; 84. Pərdis Fərcad-Azad, 81
İlk oyun - 0:2
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu
19:00."Neftçi” – "Zirə” - 2:0
Qol: Uqo Barqas, 36. Mirabdulla Abbasov, 45
Qırmızı vərəqə: Yovan Krneta, 90+4 ("Zirə")
İlk oyun - 0:1
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
"Bakcell Arena"