Türkiyə "Bursaspor"unda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaza Super Liqanın 3 klubundan təklif gəlib. Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, hazırda həmin klublarla danışıqlar gedir.
Lakin onların adları açıqlanmır. Yılmazın illik əmək haqqı 1,64 TL olsa da, gözlənilən oyunu sərgiləmir. O, cari mövsümdə cəmi 4 oyuna çıxıb və üst-üstə 248 dəqiqə meydanda olub. Bugünlərdə 29 yaşlı hücumçu "Bursaspor"dan 1 milyon TL-lik borcunu hədə yolu ilə alıb.
Qeyd edək ki, Deniz Yılmaz Azərbaycan millisinin son oyunlarına çağırılmayıb.