
İngiltərənin "Mançester Yunayted" klubu Eden Azara göz tikib.
Sportnet.az-ın "The Sun"a istinadən verdiyi məlumata görə, "Qırmızı şeytanlar" futbolçu üçün klubu "Çelsi"ə 100 milyon avro təklif edəcək. London təmsilçisi ilə 2020-ə qədər müqaviləsi olan belçikalı "zadəganlar"ın 4 illik yeni müqavilə şərtlərini rədd edib.
Qeyd edək ki, Eden Azarı PSJ və "Real Madrid" klubları da istəyir. 26 yaşlı futbolçu bu mövsüm 23 matçda 8 qol və 7 məhsuldar ötürmə edib.