1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz" Polşa və Serbiya klubları ilə üz-üzə
Azərbaycanın "Kəpəz” futbol komandasının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı yoxlama matçı keçirəcəyi daha iki rəqib müəyyənləşib.
Sportnet.az-ın məlumata görə, Yunis Hüseynovun rəhbərlik etdiyi kollektiv yanvarın 28-də Polşanın "Yagelloniya”, 3 gün sonra isə Serbiyanın "Spartak” komandası ilə qarşılaşacaq. Daha bir görüş isə yanvarın 25-də nəzərdə tutulub. Amma hələ həmin gün üçün rəqib müəyyənləşməyib.
Qeyd edək ki, "Kəpəz” 2018-ci il yanvarın 17-dən fevralın 2-dək Antalyada hazırlıq keçəcək. Gəncə təmsilçisi ilk yoxlama oyununu Rumıniyanın "Viitorul” komandasına qarşı keçirəcək.