
ispaniyanın "Barselona" klubunun və Argentina milli komandasının futbolçusu Lionel Messinin qadın fanatlarından biri bədəninə onun təsviri olan döymə edib. Sportnet.az-ın "Ole"yə istinadən məlumatına görə, həmin şəxs 54 yaşlı Norma Françinidir.
Döymə azarkeşin çiyninə vurulub. Bu iş 6 saatadək çəkib.
Qeyd edək ki, Lionel Messinin də bədənində bir neçə döymə var. Sonuncu belə döymə sentyabrın 30-da olub. 30 yaşlı hücumçunun qasıq nahiyəsindən bir qədər yuxarıda qırmızı boyalı qadın dodaqları təsvir edilib. Həmin döymənin Messinin həyat yoldaşı Antonella Rokutsonun dodaqlarının silueti olduğu bildirilir.