"Bu hadisəni sözlərlə izah etmək asan deyil. Fatih Terim "Qalatasaray"a ömür verib və "Qalatasaray"la birlikdə zirvəyə çıxıb".
Sportnet.az-ın məlumatına görə, bu sözləri Türkiyənin "Qalatasaray" klubunun prezidenti Dursun Özbək komandanın yeni baş məşqçisi Fatih Terim haqda danışarkən mətbuat konfransında deyib:
O, sözlərinə belə davam edib: "Klubun son turlarda zəif çıxış etməsindən sonra bizi çempionluğa aparacaq yeganə baş məşqçi Fatih Terimdir. Ona zəng etdim, görüşmək istədiyimi bildirdim. Mənim bu istəyimə müsbət cavab verdi. Ondan nə qədər maaş almaq istədiyini soruşdum. "Qalatasaray"a 1974-ci ildə imza atdığını söylədi. Pulun onun üçün önəmli olmadığını və buranı Öz evi saydığını dedi. Terimə "Maddi vəziyyətimiz bəllidir, 1905 tl versək razı olarsınız?" deyə soruşdum. O isə "Əsas "Qalatasaray"ın maddi vəziyyətidir" deyərək bu suala müsbət cavab verdi".