"Qəbələ"nin futbolçusu Dion Malone Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında gündəlik fərdi məşqlərlə kifayətlənir.
Sportnet.az-ın məlumatına görə, Malone klub televiziyasına müsahibəsində yanvarın 22-dən komanda ilə birgə çalışacağına ümid etdiyini bildirib.
O deyib: "8 həftə əvvəl "Neftçi" ilə oyunda zədələndim. Zədədən sonrakı ilk ayda istirahət etdim. Və sonra bərpa olunmaq üçün məşqlərə başladım. İndi təlim-məşq toplanışındayıq. Fiziki hazırlıq üzrə məşqçi ilə gərgin çalışıram. Bu gün ilk dəfə meydanda məşqlərə başlayacağam. Amma komanda ilə yox, fərdi şəkildə. Ümid edirəm ki, 21-22 yanvarda məşqlərdə komandaya qoşulacam. Və ilk oyundan öncə tam hazır vəziyyətə gələcəyəm".