
İspaniyanın "Barselona” komandasının futbolçusu Arda Turanın Türkiyənin "Başakşehir” klubuna keçidi reallaşıb.
Sportnet.az "Habertürk”ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı yarımmüdafiəçini 1,5 + 1 illik icarəyə götürüb. Futbolçunun bu gün Türkiyəyə gələcəyi gözlənilir.
Qeyd edək ki, 2015-ci ilin yayında 34 milyon avro qarşılığında "Atletiko”dan "Barselona”ya keçən A.Turan cari mövsümdə meydana çıxmayıb. "Başakşehir" Türkiyə Super Liqasının geridə qalan 17 turundan sonra 36 xalla liderdir.