"Neftçi"nin keçmiş futbolçusu Nikolas Kanales Çilinin "Reyncers" klubu ilə müqavilə bağlayıb.
Sportnet.az-ın Talka şəhəri təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 33 yaşlı hücumçu yüksək liqa sayılan Primera Divizionundakı "Deportes Temuko"da müntəzəm oynaya bilməyib. Nəticədə o, Primera B Divizionunda sonuncu yerdə gedən komandaya keçib. 15 turdan sonra 13 xala malik "Reyncers" 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, bu, Nikolas Kanalesin karyerasında 14-cü klub olacaq. Çilili hücumçu "Neftçi"də 3 dəfə - 2012-2013 mövsümündə, 2014-2015 mövsümünün birinci yarısında və 2015-2016 mövsümünün ikinci yarısında çıxış edib. O, tam oynadığı mövsümdə 26 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub.