1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
“Qarabağ” ilk “100-lük”də
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyada 2017-ci ilin ən yaxşı klublarını açıqlayıb.
Sportnet.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, siyahıda 402 komandanın adı yer alıb.
Bu siyahıda Azərbaycan 3 klubla təmsil olunub.
"Qarabağ", "Zirə", "Qəbələ" ən yaxşı klublar sırasına daxil ola bilib. "Qarabağ" 136 xalla 93-cü pillədə qərarlaşıb. Komanda 1 il əvvəlki ilə müqayisədə 39 pillə geriləyib. "Zirə” 72 xalla 296-cı pillədə qərarlaşıb.
"Qəbələ” isə 65 xalla siyahıda 353-cüdür. Roman Qriqorçukun rəhbərlik etdiyi komanda 1 il əvvəlki illə müqayisədə 255 pillə geriləyib.
Qeyd edək ki, siyahıya 328 xalla İspaniyanın "Real Madrid” klubu başçılıq edir. Braziliyanın "Qremio” klubu 286 xalla 2-ci, İngiltərənin "Mançester Yunayted” klubu isə 284 xalla 3-cüdür.