İspaniya kral kubokun 1/4 final mərhələsinin ilk matçında "Atletiko Madrid" doğma meydanda "Sevilya" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, görüş qonaqların 2:1 hesablı qələbisi ilə başa çatıb. Birinci hissədə qapılara qol vurulmayıb. Qarşılaşmanın 73-cü dəqiqəsində Dieqo Kosta hesabı açıb.
Bu qoldan 6 dəqiqə sonra Madrid klubunun qapıçısı Moya avtoqol müəllifi olub. 88-ci dəqiqədə isə Korreya qonaqlara qələbə qazandıran qola imza atıb.









































































