1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha bir klubumuz Antalyada
"Kəpəz” futbol komandası Azərbaycan Premyer Liqasındakı qış fasiləsi dövründə hazırlığın Bakı mərhələsini başa vuraraq Türkiyəyə yollanıb.
Sportnet.az-ın məlumatına görə, Gəncə klubunun təlim-məşq toplanışının növbəti hissəsi Antalyada olacaq. "Kəpəz” qonşu ölkədə taktiki və texniki çalışmalar üzərində işləməklə yanaşı, yoxlama oyunları da keçirəcək. Komanda Rumıniya (22 yanvar - "Viitorul” Konstanta), Cənubi Koreya (25 yanvar - "Daejeon Sitizen”), Polşa (28 yanvar - "Yagelloniya”) və Serbiya (31 yanvar - "Spartak” Subotiça) klubları ilə qarşılaşacaq. Antalya toplanışı fevralın 2-də yekunlaşacaq.
Qeyd edək ki, "Kəpəz"dən əvvəl Azərbaycan Premyer Liqasındakı klublardan "Qəbələ", "Qarabağ" və "Neftçi" də qonşu ölkəyə yollanıb. Həftəsonunadək "Sumqayıt", "Səbail", "Keşlə" və "Zirə" də Bakını tərk edəcək.