İtaliya A seriyasının 21-ci turunda "Napoli" səfərdə "Atalanta" ilə üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün birinci hissəsi qolsuz yekunlaşıb. Matçda yeganə qolu 65-ci dəqiqədə Dries Mertens vurub.
Qeyd edək ki, bu qələbədən sonra "Napoli" xallarının sayını 54-ə çatdırıb və liderliyini qoruyub.





































































