1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qalatasaray" səfərdə sevindi
Türkiyə Super Liqasının 18-ci turunun son matçında "Qalatasaray" səfərdə "Kayserispor"la üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hesab 12-ci dəqiqdə açılıb. Qonaqların heyətində Eren Derdiyok fərqlənib.
Hücumçu bu qoldan 6 dəqiqə sonra özünün və komandasının ikinci qoluna imza atıb. Birinci hissə bu hesabla başa çatıb. Meydan sahiblərinin heyətində Umut Bulut 52-ci dəqiqədə fərqi azaltsa da, "Kayserispor"un bundan başqasına gücü çatmayıb. Əvəzində qonaqlar fərqi iki topa çatdırıb. Qari Rodriges 90-cı dəqiqədə fərqlənib.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 38-ə çatdıran "Qalatasaray", lider "Başakşehir"lə xal fərqini 1-ə endirib.