Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə” futbol klubu baxışda olan Malinin gənclər yığmasında çıxış etmiş İbrahima Tandia ilə bağlı qərar verib.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçinin çıxışı məşqçilər heyəti tərəfindən bəyənilməyib. Klub onunla müqavilə imzalamaqdan imtina edib.
Qeyd edək ki, "Zirə” qış fasiləsində İbrahim Aslanlı ("Qarabağ"), Elşən Abdullayev ("Qarabağ", icarə), Mirsahib Abbasov ("Keşlə", icarə) və Tellur Mütəllimovu ("Qəbələ") heyətinə qatıb.