1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rahid Əmirquliyev: "Ermənilərlə oynamaqda problem görmürəm" - MÜSAHİBƏ
"Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Rahid Əmirquliyevin Sportnet.az-a müsahibəsi
- İlk olaraq, milli komandanın Moldova ilə oyunu barədə şərhini eşitmək istərdik...
- Yeni məşqçinin rəhbərliyi altında ilk oyunumuz idi. Həm yaxşı oyun göstərmək, həm də nəticə qazanmaq istəyirdik. Çox təəssüf ki, alınmadı. Xüsusilə birinci hissədə çətinliklərimiz oldu. Sonradan toparladıq. Ancaq nəticədən mən də razı qalmadım.
- Öz oyunun barədə nə deyə bilərsən?
- Ondan da razı qalmadım. Daha yaxşı oynaya bilərdim. Futbolçularımız komanda şəklində oynamağa çalışdılar. Baxmayaraq ki, klublarda təlim-məşq toplanışı davam edir, yüklənmə altındadılar, müxtəlif hazırlıq səviyyəsindədilər, pis oynamadıq. Başlanğıcda biraz büdrəmə olsa da, sonra toparlandıq. Təbii ki, məşqçilərimiz oyunu analiz edəcək, çatışmazlıqları görəcək, laızmi addımları atacaqlar.
- Millidə də, "Qarabağ”da da eyni məşqçinin olması, məhz sizin klubun oyunçularına anlaşma, Qurban Qurbanovun istədiklərini meydanda daha rahat icra etmək baxımından üstünlük yaratmır?
- Qurban müəllim, millini "Qarabağ” kimi oynatsa, sizinlə razıyam, bu bir üstünlük ola bilər. Çünki onun nə istədiyini bilirik.
- Millidə bir neçə gün oldun. Qurbanov məhz dediyin kimi, millini də "Qarabağ” kimi oynatmaq fikrindədimi?
- Dünən də şahidi olduq ki, belədi. Bilmirəm, gələcəkdə də eyni davam edəcək, ya dəyişəcək sistemi. Ancaq hələ ki, oxşar oyunu istəyir bizdən.
- Moldova həm də Millətlər Liqasında rəqibimiz ola bilər. Ümumiyyətlə, bu turnirdəki çıxışımız barədə fikrin, proqnozun necədir?
- Biz də istəyirik ki, yaxşı çıxış edək, qalib olaq. Ancaq bizim üçün rahat olmayacaq. Bu dəqiqdi. Nə qədər desələr də, rəqiblərin heç biri zəif deyil. Müasir futbolda ümumiyyətlə zəif rəqib qalmayıb. Ən azından hamı müdafiə oluna bilir. Ən yaxşı nümunə də elə Moldova idi. Ona görə də çətin olacaq. Rəsmi oyunlara vaxtımız hələ var. Yaxşı hazırlaşıb, uğur əldə etməyə çalışacağıq.
- Millətlər Liqasının qalibi olma şansımız nə qədərdir?
- Böyükdür. Rəqiblərimiz zəif olmasa da, Almaniya deyil, Fransa deyil. Sadəcə, sona qədər mübarizə aparmaq, var gücümüzü ortaya qoymalıyıq. O zaman nəyəsə nail ola bilərik.
- Potensial rəqiblər arasında Ermənistan da var. Bu yığma ilə qarşılaşmağı xüsusi istərdin?
- Heç bir problem yoxdur. Bu, futboldur, püşk belə gətirsə, oynamalıyıq. Onlarla oynamağımızda problem görmürəm. Mən özüm aşağı yaş millilərdə onlara qarşı iki dəfə oynamışam. Narahatlığım yoxdur. Düşsün, oynayaq.