1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Rüfət Dadaşov Levandovskini qabaqladı
Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda Regional Liqanın Şimal-Şərq zonasında (IV divizion) Berlin "Dinamo”sunun formasını geyinən Rüfət Dadaşov Almaniyada diqqət mərkəzinə düşüb.
Sportnet.az xəbər verir ki, 27 yaşlı forvard bütün liqalar üzrə qol sayında birinci pilləyə yüksəlib. Cari çempionatda 18 oyuna 20 qol vuran Dadaşov 5 dəfə penaltidən fərqləndiyi halda, 8 qarşılaşmada hesabı açıb. Bundesliqada bombardirlik yarışına başçılıq edən "Bavariya”nın polşalı hücumçusu Robert Levandovski isə 20 matçda 18 dəfə rəqib qapılarına yol tapıb.
II Dundesliqada bombardirlik yarışında Mikael İşak liderdir. "Nürnberq”in isveçli forvardı 21 matçda 12 qol vurub. III Liqada isə "Unterhahinq”in hücumçusu Stefan Hain 22 qarşılaşmada vurduğu 14 qolla hamıdan öndədir. Həmçini digər Regional Liqalarda da 20 qol vuran futbolçu yoxdur.
Qeyd edək ki, Renat Dadaşov açıqlamasında yenidən Azərbaycan millisindən dəvət gözəlidiyini açıqlayıb.