Türkiyə toplanışının ardından birgünlük istirahəti başa vuran "Sumqayıt” komandası hazırlıqları bərpa edib.
Sportnet.az-ın məlumatına görə, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün "Kapital Bank Arena”da məşqə çıxıb. Komanda tam heyətlə məşq edib. Bundan başqa, əvəzedici heyətdən 4 futbolçu hazırlıq prosesinə cəlb edilib.
Təxminən 1,5 saat davam edən məşqdə daha çox toplu çalışmalara üstünlük verilib. Hazırlıq ikitərəfli oyunla yekunlaşıb.
Qeyd edək ki, "Zirə” – "Sumqayıt” qarşılaşması fevralın 10-da keçiriləcək. Saat 16:00-da start götürəcək qarşılaşma CBC Sport telekanalı ilə canlı yayımlanacaq.