Azərbaycanda çıxış edən paraqvaylı futbolçuların nümayəndəsi Dario Torales ölkəmizdə çıxış edən həmyerliləri barədə danışıb.
Sportnet.az-ın "tigosports.com.py"ə istinadən verdiyi məumata görə, o, ölkəmizdə futbolun inkişafından da söz açıb:
"Azərbaycan Premyer Liqası yavaş-yavaş inkişafdadır və bu, əcnəbilərin diqqətini də cəlb edir. Bu ölkədə həm iqtisadi, həm də futbol baxımından sərfəli bazar mövcuddur.
Dario Torales "Neftçi"nin Fransisko Qarsia və "Keşlə"nin Sezar Meza Kolli transferini də dəyərləndirib: "Qato "Neftçi" klubu ilə bir illik anlaşıb. O, sabiq klubu ilə olan müqaviləsini ləğv edib. Sezar Meza Kolli də 6 ay "Keşlə"də çıxış edəcək. O, bu ölkəni yaxşı tanıyır. Futbolçular Azərbaycan klublarında xoşbəxtdir.