Avropa Liqasının 1/8 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə matçdan öncə İspaniyanın "Atletiko Madrid" klubunun mağazası qarət olunub.
Sportnet.az-ın məlumatıəna görə, bu barədə "Marka" nəşri məlumat yayıb. "Vanda Metropolitano" stadionunda yerləşən mağazadan 4 naməlum şəxs oğurluq edib.
Oğrular mağazadan polo köynəklər, şərflər, və digər əşyalar götürüblər. Cinayətkarlar mağazaya oğurluq avtomobillə daxil olub və hadisə yerindən qaçıblar.