Fransa çempionatında IX turunda daha 5 görüş keçirilib. Sportnet.az-ın məlumatına görə, Lider "Marsel” səfərdə "Kan”la üz-üzə gəlib. Oyun qonaqların qələbəsi ilə başa çatıb.
"Loryan” "Bastiya”nı 2 top fərqi ilə məğlub edib. "Mets” isə "Evian”ı darmadağın edib.
Hafiz Məmmədovun komandası "Lans" səfərdə "Renn"ə uduzub. "Nitsa” – "Monpelye” matçında isə qalib müəyyənləşməyib – 1:1.
Bu gün turun daha 4 oyunu keçiriləcək. "Qarabağ”ın Avroliqadakı rəqiblərindən olan "Sent-Etyen” doğma azarkeşləri önündə "Tuluza” ilə qarşılaşacaq. Turun mərkəzi görüşü isə Parisdə keçiriləcək. PSG doğma meydanda krallıq təmsilçisi "Monako" ilə münasibətlərini ayırd edəcək.
Fransa Liqası, IX tur
5 oktyabr
17:00 "Sent-Etyen” – "Tuluza” - 0:1
Qol: Ben Yedder, 23
20:00 "Genqam” – "Nant” - 0:1
Qol: NKudu, 33
20:00 "Lion” – "Lill” - 3:0
Qollar: Lakazett, 39, 45, 84
00:00 PSJ – "Monako” - 1:1
Qollar: Lukas, 71 - Martial, 90+2
4 oktyabr
"Kan” – "Marsel” - 1:2
Qollar: Musavu-Kinq, 84 - Romao, 75, Jinyak, 90+3
"Bastiya” – "Loryan” - 0:2
Qollar: Peyberns, 48-avtoqol, Sunu, 62
"Evian” – "Mets” - 3:0
Qollar: Dukure, 63-avtoqol, Vass, 76-pen, Bruno, 81
"Nitsa” – "Monpelye” - 1:1
Qollar: Palun, 90+3 - Hilton, 72
"Renn” – "Lans” - 2:0
Qollar: N`Tep, 54; 84
3 oktyabr
"Reyms” – "Bordo” - 1:0
Qol: Forteş, 32