Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Palermo şəhərində keçiriləcək İtaliya – Azərbaycan oyunu ərəfəsində mətbuat üçün açıq məşq və mətbuat konfransları təşkil olunacaq. Sportnet.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Berti Foqts media önünə oktyabrın 9-da Bakı vaxtı ilə saat 15:30-da "NH Palermo Hotel"də çıxacaq.
Komandamızın açıq məşqinin başlama saatı isə hələ məlum deyil.
İtaliya yığmasına gəldikdə, oktyabrın 9-da saat 21:15-də "Rentso Barbera" stadionunda mətbuat üçün açıq məşq, saat 22:45-də isə baş məşqçi Antonio Kontenin mətbuat konfransı olacaq.
Qeyd edək ki, İtaliya - Azərbaycan matçı saat 23:45-də başlanacaq.