
Avro-2016-nın seçmə mərhələsində oktyabrın 13-də Azərbaycanla qarşılaşacaq Xorvatiya millisi ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, komandanın əsas müdafiəçisi Deyan Lovren zədə səbəbindən yığmanın heyətindən kənarlaşdırılıb.
Millinin baş məşqçisi Niko Kovaç "Liverpul"lu futbolçunun əvəzinə 30 yaşlı təcrübəli Qordon Şildenfildi dəvət edib. "Panatinaikos"da icarə əsasında forma geyinən Qordon Moskva "Dinamo"suna məxsusdur.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə 23:45-də başlanacaq.