1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Olimpiya"nın baş məşqçi və futbolçuları iddialı gəlir
"Qarabağ”la cavab matçında dönüş edəcəyimizə inanmalı, Bakıda rəqibdən daha yaxşı oynamalıyıq”.
Sportnet.az "RTV Slovenija”ya istinadən xəbər verir ki, bunu Sloveniyanın "Olimpiya” komandasının baş məşqçisi İliya Stolitsa Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ”la keçirəcəkləri cavab oyunu üçün Bakıya səfər ərəfəsində deyib. 40 yaşlı mütəxəssis bildirib ki, Lyublyanadakı ilk görüşdə uduzduqları üçün təəssüflənir: "Uşaqlar əla çıxış edilər, onların əziyyətinə heyifim gəlir. Məğlubiyyətə layiq deyildik. "Olimpiya”nın hər bir matçda məqsədi qələbə qazanmaqdır. Bu futbolçular qrupu Bakıda dönüş etməyə qadirdir”.
Zədəli olduğu üçün ilk matçda iştirak edə bilməyən kapitan Branko İliç Bakıda meydana çıxmağa hazır olduğunu söyləyib. O deyib ki, "Qarabağ”ı yaxşı analiz ediblər: "İndi hazıram və komanda ilə birgə səfərə çıxıram. Kimin oynayıb-oynamayacağına baş məşqçi qərar verəcək. Ora niyə getdiyimizi bilməyimiz vacibdir. İlk qarşılaşmada yaxşı çıxış etsək də, qol imkanlarımız olmadı. Rəqibi yaxşı analiz etmişik. Fikrimcə, səfərdə 1 və ya 2 qol vura bilərik”.
"Olimpiya”nın digər futbolçusu Nik Kapun isə Bakıda qol vurmaq üçün hücumda daha təhlükəli olmağı vacib sayır: "İlk görüşdə topa daha çox sahib idik. Rəqib də fikirləşdiyimiz qədər yaxşı görünmürdü. Qol vurmaq üçün daha təhlükəli olmalıyıq. Bunu bacarsaq, fərqlənə bilərik. Son dönəmlərdə müdafiədə yaxşıyıq. Rəqibdən heç bir qorxumuz yoxdur”.
Qeyd edək ki, iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ” – "Olimpiya” oyunu saat 21:00-da başlayacaq.