1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Elxan Məmmədov: "Danışılmış oyunlarla bağlı yeni cəzalar olacaq"
"Danışılmış oyunlarla bağlı yeni cəzalar olacaq. Hazırda prokurorluq tərəfindən araşdırma gedir. Lazım olan sənədləri mütəmadi təqdim edirik”.
Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qurumun baş katibi Elxan Məmmədov deyib.
O, bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırlamalar davam edir: "AFFA rəhbərliyi və İcraiyyə Komitəsinin üzvləri davamlı şəkildə hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır. UEFA-dan gələn bütün məlumatları onlara veririk. I Divizionu təmsil edən klubların nümayəndələri ilə danışsanız, bilərsiniz ki, onları da dəvət edirlər. İstintaq gedir. Müvafiq qaydada sanksiyala tətbiq olunacaq”.
E.Məmmədov I Divizonla əvəzedicilərin çempionatının birləşdirilməsinin danışılmış oyunlarla mübarizədə önəmini qeyd edib: "Çünki əvəzedici komanda klubu təmsil edir. Onlara görə Premyer Liqa təmsilçiləri birbaşa məsuliyyət daşıyacaqlar. Elita klublarının köməyi ilə bu virusu məhv edəcəyimizi düşünürük”.